"AZMƏDƏNİSTEHSAL" MMC 2018-ci ildəm Azərbaycan Respublikasında Mədənçilik Sənayesində və tikinti materiallarının istehsalında qırıcı avadanlıqlarının qırıcı elementlərinin istehsalı üzrə yaradılmış ilk müəssisədir.

Cəmiyyətimiz öz fəaliyyəti sahəsində qabaqcıl bir markaya çevrilməyi qarşısına məqsəd qoymuşdur.

Vizyon və missiyamız

Keyfiyyət və istehsal prosseslərinin təhlükəsizliyi və ətraf mühitin qorunması başlıca məqsədlərimizdəndir.

Əritmə, qəlibləmə və töküm sektorunda əldə etdiyimiz təcrübə və bilgiyə əsaslanaraq, professional işçi heyyətinin iştirakı ilə, müvafiq keyfiyyət standartlarına cavab verən, aşınmaya və zərbəyə davamlı, yüksək sərtliyə malik məhsulların istehsalı hədəfimizdir.

Şirkətimiz İstehsal və Emal prossesləri zamanı qabaqcıl texnologiya və təcrübələrdən istifadə etməklə müştərilərimizin gözləntilərini yüksək səviyyədə qarşılayır. İstehsal, emal prossesindən müştəri məmnuniyyətinə qədərki hər bir sahənin keyfiyyətlə idarə olunması bizim qürur mənbəyimizdir.

“AZMƏDƏNİSTEHSAL” MMC ətraf mühitin tullantılarla çirkəndirilməsinin qarşısını almağa xüsusi diqqət yetirərək, eyni zamanda tullantıları mümkün olduğu qədər təkrar istifadəyə cəlb edərək ətraf mühitin mühafizəsinə ciddi şəkildə əməl edir.

Cəmiyyətimiz, xammalın və eyni zamanda enerjinin istifadəsi zamanı təbii sərvətlərin qorunmasını və bu sərvətlərdən səmərəli şəkildə istifadə etməyi planlamışdır.

“AZMƏDƏNİSTEHSAL” MMC bütün istehsal proseslərinində işçilərin təhlükəsizliyinin, sağlamlığının və iş qabiliyyətinin qorunmasını təmin etməklə Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl edir.