İnşaat və mədən sənayesi

Cəmiyyətimiz tərəfindən sifarişi qəbul edilən inşaat və mədən sənayesi üzrə qırıcı avadanlıqlarının bütün parçalarının emalı aşınma və zərbəyə davamlı şəkildə və yüksək keyfiyyət standartlarına uyğun olaraq həyata keçirilməkdədir.

Maşınqayırma sənayesi

Maşınqayırma sənayesinin tələblərinə uyğun olaraq dişlər, kasnaklar, volanlar, kovş , kovş bıçağı, palet parçaları ve tırtıl kimi parçalar sahəmizdə emal olunmaqdadır.Tək səfərdə 1800 kq tökmə qabiliyyətinə malik qurğularımızla bu prossesi yüksək keyfiyyətlə icra edirik.

Sement sənayesi

Digər sənaye sahələrində olduğu kimi sement sənayesinin aşınmış parçaları da (diyircəkli dəyirman parçaları, fırlanan soba parçaları, dik dəyirman parçaları, klinker qırıcı parçaları) emalatxanalarımızda yüksək keyfiyyətlə hazırlanır.

Tikinti texnikaları hissələri

Tiktinti sahəsində istifadə edilən texnikalar üçün parçaların yüksək keyfiyyət standartlarına uyğun istehsalını həyata keçiririk.

Kənd təsərrüfatı sənayesi

Ölkəmizdə ən vacib sahələrdən biri olan kənd təsərrüfatı sənayesi avadanlıqlarının bütün parçalarının zərbəyə davamlı şəkildə və yüksək keyfiyyət standartlarına uyğun olaraq istehsalını təmin edirik.